Bakıda evdən 44 minlik oğurluq edilib

Bakıda evdən 44 minlik oğurluq edilib
  21 Mart 2020    Oxunub:2816
Binəqədi rayonu ərazisindəki evlərin birindən oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4000 manat, 18000 ABŞ dolları və 10000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qax rayon sakini K.Məhərrəmov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti