Polis 200-dən artıq sürücüyə tibbi ləvazimatlar payladı
Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çadırılıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb. Sürücülər də bu nəcib aksiyaya və göstərilən diqqətə görə polis əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər.
Aksiya çərçivəsində ümumilikdə 200-dən artıq sürücüyə tibbi spirt, maska və əlcək paylanıb. Eyni zamanda bu tədbirlər Masallı Rayon Polis Şöbəsində də davam etdirilir. Belə ki, şöbənin inzibati binasına gələn hər bir vətəndaşın əllərinin dezinfeksiya olunması və tibbi maska ilə təmin olunması həyata keçirilir.
Azvision.az
Teqlər: DİN