“Toyota” yolu keçən piyadanı vurub öldürdü

“Toyota” yolu keçən piyadanı vurub öldürdü
  19 Mart 2020    Oxunub:1770
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 18-də saat 20 radələrində Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini F.Şeydayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Elmar Bədəlovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti