Narkotik satan iki nəfər saxlanılıb

Narkotik satan iki nəfər saxlanılıb
  17 Mart 2020    Oxunub:1854
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini V.Vəliyev Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Axtarış zamanı ondan 6 qrama yaxın marixuana aşkarlanaraq götürülüb. Onun idarə etdiyi “VAZ-21011” markalı avtomobildən 1 kiloqram 120 qram marixuana aşkarlanıb.

Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yevlax rayon sakini V.İsazadə də saxlanılıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən heroin aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti