Ağdaş sakinlərindən 2 kq narkotik götürülüb
Şəxsi axtarış zamanı ondan 1 ədəd sellofan torbada ümumi çəkisi 1 kq 10 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Ağdaş RPŞ əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində Ağdaş şəhər sakini Müşfiq Əzizov şübhəli şəxs qismində saxlanılıb. Ondan da üzərində gəzdirdiyi sellofan torbada çəkisi 1 kq 40 qram qurudulmuş marixuana aşkar edilib, qablaşdırılaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN