Mədənçıxarma sektorunda neft hasilatı azalıb

Mədənçıxarma sektorunda neft hasilatı azalıb
  16 Mart 2020    Oxunub:1566
Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar bu ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% çox sənaye məhsulu istehsal edib.
Azvision.az Dövlət Statistika Komitəsinə isitinadən xəbər verir ki, eyni dövrdə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 21,7% artıb.

Məlumata görə, sənaye məhsulunun 68,4%-i mədənçıxarma sektorunda, 26%-i emal sektorunda, 5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Qeyd edək ki, mədənçıxarma sektorunda neft hasilatı 3,7% azalıb, əmtəəlik qaz hasilatı isə 19,1% artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 18,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3% artıb.

Azvision.az


Teqlər: Mədənçıxarma  





Xəbər lenti