FHN liftdə qalan 4 nəfəri xilas edib

FHN liftdə qalan 4 nəfəri xilas edib
  16 Mart 2020    Oxunub:1249
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti