Qəza törədən maşın yol kənarında duran qadını vurdu - FOTOLAR

Qəza törədən maşın yol kənarında duran qadını vurdu -  FOTOLAR
  13 Mart 2020    Oxunub:2825
Bakının Yasamal rayonunda, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, yol kəsişməsində “Hyundai” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı “Hyundai” markalı maşın yolun kənarında dayanan qadını vurub.

Hadisə yerinə təcili yardım xidməti cəlb olunub. Qadının xəsarət aldığı bildirilib.







Azvision.az




Teqlər: Qəza   Yol  





Xəbər lenti