Ağdamda yanğın olub

Ağdamda yanğın olub
  12 Mart 2020    Oxunub:1916
Ağdam rayonunun Kiçikli kəndində ümumi sahəsi 198 m² olan kürsülü, birmərtəbəli evin bir otağının və mətbəxinin yanar konstruksiyaları 44 m² sahədə və dam örtüyü 68 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: Ağdam   Yanğın  





Xəbər lenti