Yuxu qadınlara daha çox lazımdır

Yuxu qadınlara daha çox lazımdır
  27 Dekabr 2013    Oxunub:1368
Amerikanın Dyuk Universitetinin əməkdaşları gecə yuxusunun kişi və qadın beyinlərinə göstərdiyi təsiri müqayisə edən tədqiqat aparıblar. Onlar bu qənaətə gəliblər ki, zərif cinsin nümayəndələri öz təbiətləri etibarilə bir çox hədəflərin həllinə yönəldikləri üçün onlara daha çox istirahət lazımdır.
Əgər xanımlar kifayət qədər istirahət etmirlərsə, onlarda depressiya inkişaf edəcək. Bundan başqa, alimlərin fikrinə görə, belə qadınlar həmişə əsəbi olurlar. Lakin kişilər üçün yarımçıq yuxu belə problemlər yaratmayacaq.

Qeyd olunur ki, yarımçıq yuxu ürək narahatlıqlarını və psixoloji çatışmazlıqların yaranma riskini artırır. Sağlamlıqla bağlı problemlərin yaranmaması üçün həkimlər məsləhət görür ki, tam yuxu yatmayan insanlar gündüz bu boşluğu doldursunlar. Lakin bu zaman saat yarımdan çox yatmaq olmaz. Əks halda insan bütün günü yuxulu olacaq.

Həkimlərin sözlərinə görə, beyin gün ərzində nə qədər çox işləyərsə, onun istirahəti də bir o qədər çox vaxt tələb edir. Buna görə kişilərə də ağır iş günündən sonra əlavə yuxu vaxtı lazımdır.

Bundan öncə ABŞ alimləri elan etmişdilər ki, insanların yatdığı yuxu müddəti həm də zərərli maddələrin beyni tərk etməsi üçün lazımdır.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti