Neftçalada ev yandı

Neftçalada ev yandı
  11 Mart 2020    Oxunub:1727
Neftçala rayonunda ümumi sahəsi 115 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə evin tavanının 65 kvadratmetrlik hissəsi, eləcə də əşyaların bir qismi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Neftçala  





Xəbər lenti