NDİ-ın Azərbaycan rəhbəri ərazi bütövlüyümüzü tanımır

NDİ-ın Azərbaycan rəhbəri ərazi bütövlüyümüzü tanımır
  14 Mart 2013    Oxunub:1334
Mili Demokratiya İnstitutunun (NDİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs Azərbaycanın ərazi bütövlüyünü tanımır.
Onun çıxışlarını dinləyən insanlar iddia edirlər ki, Qriqoryevs Qarabağ məsələsində faktiki olaraq ermənilərin tərəfini saxlayır.
Buna görə də NDI vətənpərvər gənclərlə işləməkdan çəkinir. Çünki NDI rəhbərinin bütün çıxışlarından hiss olunur ki, onun mövqeyi heç də Azərbaycanı dəstəkləyən birinin mövqeyinə bənzəmir.

Bir qədər əvvəl haqqin.az saytında dərc olunan xəbərdə deyilirdi ki, peşəkar polittexnoloq olan Aleks Qriqoryevs əsgər ölümləri mövzusu ilə də manipulyasiya edir. “Ölən əsgərin erməni və ya azərbaycanlı olmasının onun üçün heç bir fərqi yoxdur. Əsas odur ki, əsgər ölümü inqilab üçün yaxşı fürsətdir!”,- deyə məqalədə bildirilirdi.

“Təəccüblüdür ki, bu ölkənin məmurları Qarabağın Ermənistanın, yoxsa Azərbaycanın torpağı olduğunu müəyyən edə bilməyən birinin ölkədə fəaliyyətinə necə yol veriblər?”,- deyə yazıda sual edilirdi.



Teqlər:  





Xəbər lenti