Şəmkirdə yük maşını traktorla toqquşub

Şəmkirdə yük maşını traktorla toqquşub
  10 Mart 2020    Oxunub:2389
Şəmkir rayonunun Sabirkənd kəndində “Hyundai” markalı yük avtomobili və “Belarus” markalı traktor toqquşub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Şəmkir   Qəza  





Xəbər lenti