Bakıda təmir sexi içindəki maşınlarla birgə yandı

   Bakıda təmir sexi içindəki maşınlarla birgə yandı
  08 Mart 2020    Oxunub:2364
Bakı şəhərinin Nəsimi rayonunda avtomobil təmiri sexində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 12 m² olan şüşə-pambıq üzlükdən ibarət konteynerin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 12 m² olan digər konteynerin bir tərəfi 4 m² sahədə, ərazidə təmirə dayanan iki ədəd "Hyundai" markalı minik avtomobilinin yanar hissələri qismən, "ZİL" markalı yük avtomobilinin salon hissəsi və "Renault" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Konteyner, avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti