Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əasasında Salyan rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Babayevin idarə etdiyi “Mitsubshi” markalı avtomobilin salonundan 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Sürücü və sərnişini, Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş V.Babayev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Azvision.az