Qiymətli kağızlar bazarının icmal göstəriciləri

Qiymətli kağızlar bazarının icmal göstəriciləri
  06 Mart 2020    Oxunub:2334
Bakı Fond Birjasında (BFB) yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 1 milyard 95 milyon 765 manat təşkil edib.
BFB-dən Azvision.az -a verilən məlumata görə, ötən ilin eyni dövrü üzrə isə əməliyyatların həcmi 2 milyard 726 milyon 498 olub. Nəticə olaraq, hesabat dövründə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 174 faiz, repo əməliyyatları üzrə isə 278 faiz artım qeydə alınıb.

Fevralın son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 828 milyon 174 min 818 manat təşkil edib.

Azvision.az


Teqlər: Birja  





Xəbər lenti