Əməkdar artist müalicə üçün xaricə getdi

Əməkdar artist müalicə üçün xaricə getdi
  06 Mart 2020    Oxunub:2914
Bu gün Əməkdar artist Gövhər Həsənzadənin doğum günüdür. Tanınmış bəstəkar 50 yaşını qeyd edir.
Azvision.az -ın əməkdaşı xanım musiqiçi ilə əlaqə saxlayıb, doğum günü təəssüratlarını öyrənmək istəyib.

Bəstəkarın telefonuna cavab verən anası bildirib ki, Gövhər xanım xəstədir və səhhətindəki problemlə əlaqədar Bakıda deyil. Onun hansı ölkəyə getməsi və xəstəliyinin nə olması barədə məlumat verməyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Bəstəkar  





Xəbər lenti