Keçmiş məhkumdan 1 kq-dan çox marixuana götürülüb

Keçmiş məhkumdan 1 kq-dan çox marixuana götürülüb
  04 Mart 2020    Oxunub:3010
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Qurbanov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 40 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Narkotik  



Xəbər lenti