Azərbaycan güləşçilərindən iki bürünc medal

Azərbaycan güləşçilərindən iki bürünc medal
  27 Dekabr 2013    Oxunub:1744
Azərbaycan güləşçiləri qazax kureşi üzrə dünya çempionatında iki bürünc medal qazanıb.
Minskdə qazax kureşi üzrə 4-cü dünya çempionatı keçirilib.

AzərTAc xəbər verir ki, 29 ölkənin güləşçilərini bir yerə toplamış çempionatda Azərbaycanı Sumo Federasiyasının güləşçiləri – Avropa çempionu Zaur Bağırov (90 kiloqramdan yuxarı) və dəfələrlə Avropa birinciliyində mükafat almış Kamran Rzayev (80 kiloqram) təmsil ediblər.

Azərbaycan idmançıları belə yarışlarda ilk dəfə iştirak etsələr də hər iki güləşçimiz bürünc medal qazanıb.

Kamran Rzayev Litva, Serbiya və Niderland nümayəndələrinə qalib gələrək, yarımfinalda sambo üzrə dəfələrlə dünya və Avropa çempionatlarının mükafatlarını, qazax kureşi üzrə Dünya Kuboku qazanmış Bisarion Berulava (Gürcüstan) ilə görüşmüşdür. K.Rzayev üstünlüyü əldə saxlaya bilməmiş və uduzmuşdur. Üçüncü yer uğrunda mübarizədə idmançımız Türkiyə güləşçisinə qalib gələrək üçüncü yeri tutub.

Zaur Bağırov Almaniya, Latviya və CAR-dan olan rəqibləri üzərində qələbə qazansa da finala çıxmaq uğrunda mübarizədə qazax kureşi üzrə dəfələrlə dünya çempionu olan Aybek Nuqımarova (Qazaxıstan) uduzub, bürünc medal uğrunda döyüşdə isə o, İran idmançısına qalib gəlib.


Teqlər:





Xəbər lenti