Bakıda yol qəzası baş verib

Bakıda yol qəzası baş verib
  02 Mart 2020    Oxunub:2114
Bakı şəhərinin Yasamal rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti