Bakıda evdən 4500 manatlıq qızıl oğurlandı

Bakıda evdən 4500 manatlıq qızıl oğurlandı
  02 Mart 2020    Oxunub:2072
Xətai rayonu ərazisindəki evlərin birindən pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 150 manat, 4 500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən E.Şıxəliyev və qrupun digər üzvləri Bakı şəhər sakinləri A.Cəbrayılov və M.Şıxəliyev saxlanılıblar.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti