Bakıda qardaşlar soyğunçuluq etdi

Bakıda qardaşlar soyğunçuluq etdi
  02 Mart 2020    Oxunub:1822
Binəqədi rayonunun 28 May qəsəbəsinin ərazisində yerləşən oyun zalında şəxsiyyəti məlum olmayan 3 nəfər qəsəbə sakini C.Salmanova məxsus 70 manat pul və 35 manat dəyərində mobil telefonunu soyğunçuluq yolu ilə alıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri S.Zərbəliyev, onun qardaşı və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Z.Şahverdiyev saxlanılıblar. Araşdırmalar RPİ tərəfindən aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti