Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul, video qeydiyyat qurğusu, geyim əşyaları və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb.
Azvision.az