Silsilə oğurluq edən şəxs saxlanılıb

  27 Fevral 2020    Oxunub : 1033
Silsilə oğurluq edən şəxs saxlanılıb
Oğurluq etdiyinə görə tutulmuş şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, S.Pənahovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqəsindən 700 manat dəyərində lotoreya kuponları, 7 mağazadan pul, mobil telefon, kompyuter, videomüşahidə qurğusunun yaddaş kartı, parfyumeriya, 3 avtomobildən pul, mobil telefon, gümüş üzük, monitor və sənəd, habelə 2 həyətdən velosiped oğurlaması da müəyyən edilib.


Azvision.az

Teqlər: DİN