Şirvanda ər arvadının boğazını kəsərək qətlə yetirdi

 Şirvanda ər arvadının boğazını kəsərək qətlə yetirdi
  27 Fevral 2020    Oxunub:3055
Şirvan şəhərində qətl törədilib.
Azvision.az xəbər verir ki, hadisə rayonun Cənub Sənayə Qovşağının inzibati binasında baş verib.

Belə ki, Şirvan şəhərində məskunlaşan Ağdam sakini, 1986-cı il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı - Zəngilan sakini, 1984-cü il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında boğub, sonra onun boğazını kəsərək qətlə yetirib.

Qadının meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına yerləşdirilib. Qətl törədən Sahib Nağıyev könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

Azvision.az


Teqlər: Şirvan   Qətl  





Xəbər lenti