700-ə yaxın avtobus xəttə buraxılacaq

 700-ə yaxın avtobus xəttə buraxılacaq
  14 Mart 2013    Oxunub:1301
Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi martın 16-dan 26-dək gücləndirilmiş iş rejimində çalışacaq.
Beynəlxalq Avtovağzal Kompleksindən AzVision.az-a verilən məlumata görə, bu, bayram günlərində ölkədə sərnişindaşımada intensivliyin artması ilə bağlıdır.

Adi günlərdə 6-7 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15 minə çatacağı gözlənilir.
Buna görə də əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılacaq avtobusların sayı artırılacaq.

Adətən gün ərzində xəttə 300-340 avtobus buraxılırsa, bayram günlərində onların sayı 650-700-ə çatdırılacaq.
Bununla əlaqədar artıq ayrı-ayrı hüquqi və fiziki şəxslərlə danışıqlar aparılıb, avtobuslar sazlanaraq hazır vəziyyətə gətirilib, qiymət intizamına nəzarət komissiyası yaradılıb.


Teqlər:  





Xəbər lenti