Əvvəl döydülər, sonra güllələyib basdırdılar - Masazırda ağır cinayət

  25 Fevral 2020    Oxunub : 2690
 Əvvəl döydülər, sonra güllələyib basdırdılar - Masazırda ağır cinayət
Abşeron rayonunda qətl törədilib. İnsident bir neçə gün əvvəl Masazır qəsəbəsinin “Qurtuluş” yaşayış massivi ərazisində baş verib.
Azvision.az xəbər verir ki, orta yaşlı kişi əvvəlcə döyülüb, daha sonra güllələnərək öldürülüb. Hadisəni törədən şəxslər cəsədi Masazırda basdırıblar.

Qətlə yetirilən şəxsin qardaşı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək qardaşının itkin düşdüyünü bildirib. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qətlə yetirilən şəxsin cəsədinin basdırıldığı yer müəyyənləşib. Cəsəd basdırıldığı yerdən çıxarılaraq tibbi ekspertizaya təhvil verilib.

Araşdırmalar zamanı qətlə yetirilən şəxsin Abşeron rayonu Masazır qəsəbə sakini, 1977-ci il təvəllüdlü Mircəfərov Zaur Mirdadaş oğlu olması müəyyənləşib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: Masazır   Qətl