Naxçıvanın büdcəsi: Gəlir və xərclər açıqlandı

  25 Fevral 2020    Oxunub : 1966
Naxçıvanın büdcəsi: Gəlir və xərclər açıqlandı
Naxçıvan Ali Məclisində muxtar respublikanın 2019-cu il dövlət büdcəsinin icrası haqqında Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilib.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası gəlirlər üzrə 96 milyon 24 min 248 manat, xərclər üzrə 396 milyon 531 min 513 manat məbləğində olmaqla təsdiq edilib.

Qeyd edək ki, bu barədə qanunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təsdiq edib.

Azvision.az

Teqlər: Naxçıvan