Koronavirus Vahid Ələkbərova 1.2 milyard ziyan vurdu - FOTO

  25 Fevral 2020    Oxunub : 3527
Koronavirus Vahid Ələkbərova 1.2 milyard ziyan vurdu - FOTO
Koronavirusun yayılması dünyanın ən varlı insanlarının sərvətinin 140 milyard dollar azalmasına səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu, 2016-ci ildən sonra qeydə alınan ən böyük itkidir. Belə ki, “Amazon”un sahibi Jeff Bezos və LVMH (Louis Vuitton Moet Hennessy) korporasiyasının rəhbəri Bernar Arnonun hər biri 5 milyard dollar itirib. “Facebook”un yaradıcısı Mark Zukerberq isə 3.5 milyard dollar itki ilə üzləşib.

Rusiyalı milyarderlər arasında isə “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərovun sərvəti 1.2 milyard dollar azalıb.







Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Milyarder   Sərvət