Xırdalanın bəzi yerlərində işıq olmayacaq

  25 Fevral 2020    Oxunub : 1732
Xırdalanın bəzi yerlərində işıq olmayacaq
Bu gün Xırdalan şəhərinin bəzi yaşayış massivlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr olacaq.
Bu barədə Azvision.az -a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində elektrik verilişi xətlərində aparılacaq yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq fevralın 25-də saat 12.00-dan 14.00-a qədər Xırdalan şəhərinin bəzi yaşayış massivlərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.

Azvision.az

Teqlər: İşıq   Xırdalan