Gəncədən qaçırılan maşın Mingəçevirdə tapıldı

Gəncədən qaçırılan maşın Mingəçevirdə tapıldı
  24 Fevral 2020    Oxunub:2609
Fevralın 20-də gecə saatlarında Gəncə şəhərinin Gülüstan qəsəbəsində sakin Turan Hacıyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının dərhal həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus avtomobili qaçıran şəxsin, əvvəllər məhkum edilmiş, 32 yaşlı Mingəçevir şəhər sakini Məhəmməd Abbasov olması müəyyənləşib. M.Abbasov şübhəli şəxs qismində tutulub,

T. Hacıyevə məxsus “VAZ-2107” markalı avtomobil isə Mingəçevir şəhərində müəyyən edilərək maddi sübut qismində götürülüb. İlkin dindirilmə zamanı M.Abbasov nəqliyyat vasitəsini qaçırdığını və özü ilə gətirdiyi saxta dövlət qeydiyyat nişanını avtomobilə bağlayaraq Mingəçevir şəhərinə apardığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Gəncə  





Xəbər lenti