Polis narkotik satan 3 nəfəri tutdu

  24 Fevral 2020    Oxunub : 1046
Polis narkotik satan 3 nəfəri tutdu
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qəriblər kənd sakini, əvvəllər məhkum olunmuş E.Ağayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 395 qram marixuana götürülüb.

Bundan başqa Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Gülməmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram 150 qram tiryək və 555 qram heroin aşkar edilərək götürülüb.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 445 qram marixuana götürülüb. Hər üç faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN