Bakıda evdən 12 min manat oğurlandı

Bakıda evdən 12 min manat oğurlandı
  24 Fevral 2020    Oxunub:1878
Bakıda oğurluq etməkdə şübhəli bilinən Füzuli rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyatı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisindəki evlərin birindən 12 000 manat, qızıl-zinət və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti