Maşın palçığa batdı, 4 nəfər köməksiz qaldı

  23 Fevral 2020    Oxunub : 1703
Maşın palçığa batdı, 4 nəfər köməksiz qaldı
Şamaxı rayonunun Quşçu kəndi ərazisində içərisində 4 nəfərin olduğu “VAZ” markalı minik avtomobilinin palçığa bataraq köməksiz vəziyyətdə qalması ilə bağlı "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Azvision.az

Teqlər: FHN   Şamaxı