Kürdəmirdə “Mercedes” yük maşını ilə toqquşdu

Kürdəmirdə “Mercedes” yük maşını ilə toqquşdu
  22 Fevral 2020    Oxunub:2509
Kürdəmir rayonunda “Mercedes” markalı minik avtomobili və “VOLVO” markalı yük avtomobili toqquşub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza   Maşın  





Xəbər lenti