Polis oğurluq edən şəxsləri tutub
Bundan başqa Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də A.M.Şərifzadə küçəsindəki mağazaların birindən 3800 manat dəyərində 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Abbaslı saxlanılıb.
Eyni zamanda Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobillərdən maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Cəlilov saxlanılıb.
Azvision.az
Teqlər: DİN