Evdən 8 minlik qızıl oğurlayan qadın tutuldu

  22 Fevral 2020    Oxunub : 1063
Evdən 8 minlik qızıl oğurlayan qadın tutuldu
Sabunçu rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Abdullayeva və X.Səfərzadə saxlanılıblar.

Azvision.az

Teqlər: DİN