Bir gündə iki piyada ölümü

Bir gündə iki piyada ölümü
  22 Fevral 2020    Oxunub:2321
Fevralın 21-də saat 2 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Cəfərli idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Tural Abbasovu vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Digər hadisə Ucar rayonunun Qarabörk kəndi ərazisində qeydə alınıb.

Belə ki, fevralın 21-də saat 22 radələrində Ucar rayonunun Qarabörk kəndi ərazisində Ağstafa rayon sakini İ.Kazımov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən kənd sakini Ehtiram Novruzəliyevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti