Axtarışda olan 43 nəfər saxlanıldı

Axtarışda olan 43 nəfər saxlanıldı
  22 Fevral 2020    Oxunub:1869
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilb. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti