Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Tərtər rayonunun Hüsənli kəndi ərazisində Ağdam rayon sakini Bəxtiyar Abbasov və Bərdə rayon sakini Zahir Məmmədov qanunsuz ov etmək istədiklərinə görə saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Onlardan 16 kalibrli ov tüfəngi və 20 patron maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Azvision.az