Neftin qiyməti ucuzlaşıb

  22 Fevral 2020    Oxunub : 1101
Neftin qiyməti ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar geriləyərək 58,50 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,42 dollar ucuzlaşaraq 53,46 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft