Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşını bıçaqladı

Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşını bıçaqladı
  22 Fevral 2020    Oxunub:3061
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Azvision.az xəbər veirr ki, hadisə rayonun Dönük Qırıxlı kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 10-cu sinif şagirdi, 2003-cü il təvəllüldü Qarayev Rəvan Pərviz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdilib. Məktəbli dərhal əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Q.Rəvanın valideynləri APA-ya bildiriblər ki, onların övladını məktəb yoldaşı dərs vaxtı bıçaqlayıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Azvision.az



Teqlər: Tovuz   Məktəbli   Bıçaqlanma  





Xəbər lenti