Bakı polisi bir gündə 52 cinayətin üstünü açdı

 Bakı polisi bir gündə 52 cinayətin üstünü açdı
  21 Fevral 2020    Oxunub:2761
Fevralın 20-də paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 52 cinayətin üstü açılıb.
Bakı şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 10, quldurluq üzrə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 9, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 29 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: BŞBPİ  





Xəbər lenti