Neftçalada yük maşını, Tərtərdə ev yanıb

Neftçalada yük maşını, Tərtərdə ev yanıb
  21 Fevral 2020    Oxunub:1916
Neftçala rayonunda "Ford" markalı yük avtomobilinin yanar hissələri yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tərtər rayonunun Aşağı Mamırlı kəndində isə ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti