FHN köməksiz qalan azyaşlını xilas edib

  19 Fevral 2020    Oxunub : 1456
FHN köməksiz qalan azyaşlını xilas edib
Bakı şəhərinin Nərimanov rayonunda bir azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Mənzil