Bu il bir neçə sənaye məhəlləsi tam fəaliyyətə başlayacaq

  18 Fevral 2020    Oxunub : 1284
 Bu il bir neçə sənaye məhəlləsi tam fəaliyyətə başlayacaq
Bu il Azərbaycanda bir neçə sənaye məhəlləsinin tam fəaliyyətə başlaması gözlənilir.
Bu barədə Azvision.az -a İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Nazir müavini Hacıqabul, SabirabadŞərur sənaye məhəllələrində aparılan tamamlanma işləri barədə məlumat verib. Bildirib ki, Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri yekunlaşıb və rezidentlərin qəbulu davam edir:

"Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində bir neçə rezident fəaliyyət göstərir. Sabirabad Sənaye Məhəlləsində tikinti işləri yekunlaşıb və bir neçə rezident fəaliyyət göstərməyə tam hazırdır".

Bundan əlavə, N. Səfərov qeyd edib ki, Şərur Sənaye Məhəlləsində infrastrukturun qurulmasına dair işlər aparılır.

Aytən Zəhra
Azvision.az

Teqlər: Niyazi-Səfərov