Bakı polisi axtarışda olan 15 nəfəri saxladı

   Bakı polisi axtarışda olan 15 nəfəri saxladı
  18 Fevral 2020    Oxunub:1735
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də 40 cinayətin üstü açılıb. Onlardan 15-i əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.
BŞBPİ-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, narkotiklərlə əlaqəli 6, soyğunçuluq üzrə 1 fakt müəyyən edilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Baş vermiş oğurluq əməlləri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 18 fakt üzrə açılma təmin olunub.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   BŞBPİ  





Xəbər lenti