Taksi sürücüsünə qarşı quldurluq edənlər tutulub

Taksi sürücüsünə qarşı quldurluq edənlər tutulub
  17 Fevral 2020    Oxunub:2562
Yevlax rayon avtovağzalında şəhər sakini A.Qəribovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturmuş paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Daşdəmirov, Mingəçevir şəhər sakini M.Səmədov və İmişli rayon sakini T.Quliyev Bakıya gedəcəklərini bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Qarabörk kəndi ərazisində T.Quliyev münaqişə zəminində sürücünün baş nahiyəsinə bıçaqla xəsarət yetirib, S.Daşdəmirov isə avtomobildə olan 123 manat pulu götürüb hadisə yerini tərk ediblər.

Həmin şəxslər Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Onların sərxoş halda olmaları müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti