Ağır yol qəzası daha iki can aldı

Ağır yol qəzası daha iki can aldı
  17 Fevral 2020    Oxunub:2649
Fevralın 16-da saat 22 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində Çaparlı kənd sakini Elməddin Aslanovun və Beyləqan rayon sakini Ş.Ağalarovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, qəza nəticəsində E.Aslanov və həmkəndlisi olan sərnişini Orxan Qarayev hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Şəmkir   Qəza  





Xəbər lenti