Rusiya və Azərbaycanın balet ulduzları eyni səhnədə

Rusiya və Azərbaycanın balet ulduzları eyni səhnədə
  17 Fevral 2020    Oxunub:3024
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaçıların çox sevdiyi və hər zaman böyük maraqla qarşıladığı Pyotr Çaykovskinin “Qu gölü” baleti növbəti dəfə təqdim olunub.
Teatrın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, səhnə əsərində baş rolları rus baletinin ulduzları - Rusiya Dövlət Akademik Böyük Teatrının prima-balerinası, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Kristina Kretova (Odetta-Odilliya) və Sankt-Peterburqun Mariinski adına Opera və Balet Teatrının aparıcı solisti, Azərbaycan Respublikasının Əməkdar artisti, həmyerlimiz Timur Əsgərov (Şahzadə Ziqfrid) ifa ediblər.

Baletdə, həmçinin Azərbaycan Opera və Balet Teatrı balet truppasının aparıcı solistləri - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Elmira Süleymanova, Cəmilə Kərimova, solistlər Timur Oduşev, Ayan Eyvazova, Yuliya Ferştandt və başqaları çıxış ediblər.

Səhnə əsəri baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.

Azvision.az



Teqlər: Balet   Teatr  





Xəbər lenti